Bazar ertəsi, 29 Aprel

“Politico”: "Blinken Putinin Krıma hücuma reaksiyasından qorxur"

image

Ukraynanın Rusiya tərəfindən ilhaq edilmiş Krımı hərbi yolla azad etmək cəhdi Rusiya prezidenti Vladimir Putin üçün “qırmızı xətt”ə çevrilə və Ukraynaya qarşı indikindən daha güclü zərbələrə səbəb ola bilər.

Xəbər verilir ki, belə bir informasiya “Politico” saytı tərəfindən yayılıb.

Sayt Entoni Blinken bu fikri tərəfindən bir qrup ekspertlə videokonfrans zamanı səsləndirdiyini iddia edib.

“Politico”nun məlumatına görə, özəl söhbətin iştirakçılarından biri dövlət katibindən ABŞ-ın Rusiya tərəfindən ilhaq edilmiş Krımın nəzarətə qaytarılması kampaniyasında Ukraynaya kömək etmək niyyətində olub-olmadığını soruşub. Dövlət katibi cavabında ABŞ-ın “Ukraynanı Krıma hücuma sövq etmədiyini və diqqətini ona ölkənin şərqində döyüşməsinə yardım göstərməyə yönəltdiyini” söyləyib. Eyni zamanda, Blinken vurğulayıb ki, Krıma hücum edib-etməmək barədə yalnız Ukrayna hakimiyyət orqanları qərar verməlidir.

Qeyd edək ki, Krım məsələsində ABŞ-da Blinken kimi düşünənlər az deyil.

Məsələn ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Milley bu yaxınlarda Ukraynanın bütün ərazisini hərbi yolla azad etməsinin “qeyri-mümkün olmasa da çox çətin" başa gələcəyini” söyləymişdi.
Eyni zamanda, bir sıra ekspertlər hesab edirlər ki, Ukraynanın mümkün hücumu Krımın özünə daxil olmağa deyil, onun təcrid olunmasına, yəni rus qoşunlarının Zaporojye və Xerson ərazilərindən çıxarılmasına yönələcək. Buraya Krıma gedən körpünün dağıdılması da daxildir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39